Rumıniya prezidenti Azərbaycana səfər edəcək
1 Fevral 2023 20:46 SiyasətRumıniya Prezidenti Klaus İohannis 2023-cü il fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının nazirlər iclasının açılışı planlaşdırılır.
Eyni zamanda səfər zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək.
Rumıniya prezidenti həmçinin enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31