Gənclər siyasəti müstəqil Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir - ÖZƏL

"Gənclər siyasəti müstəqil Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir". 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü, Regional İnkişaf İctimai Birliyinin təmsilçisi Xəyal Məmmədəliyev səsləndirib. O bildirib ki, bu siyasət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Ulu öndərin 1993-cü ilin iyununda xalqın arzusuz, istəyi ilə hakimiyyətə qayıdışı ilə gənc nəsilə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31