Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin maaşları artırılıb
1 Fevral 2023 13:26 SiyasətƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İşçi qrupunun işçilərinin yeni aylıq vəzifə maaşlarının məbləği müəyyənləşib.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
|
Sıra №- si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
|
1. |
İşçi qrupunun rəhbəri |
1760 |
|
2. |
İşçi qrupunun rəhbərinin müavini |
1228 |
|
3. |
Baş məsləhətçi |
890 |
|
4. |
Böyük məsləhətçi |
794 |
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31