Kommunal sahədə islahatlar aparılmalıdır - ÖZƏL

"Ölkədə bir neçə istiqamətdə islahat aparılmalıdır. Bunlardan biri də kommunal sferadır. Bu səhədə islahtların aparılması çox ciddi problemlərə gətirəcək deyə illərlə uzanıb gedir. Nəticədə problem daha da dərinləşir. Msələn köhnə çoxmənzilli yaşayış binaların idarəçiliyinin mənzil mülkiyyətçilərinin idarəçiliyə ötürülməsi (əslində Mənzil Məcəlləsinə görə məhz belə olmalıdır) ona gətirəcək ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti binanı idarə edə bilməsin".  "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqlari Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. Bildirib ki,  binanın ümumi istifadə yerləri (dam, bloklar, zirzəmi, fasad, lift, işıqlandırma, zibilin daşınması, həyətin abadlığı və s.) üçün tələb olunan xərcləri ödəmək mümkün olmayacaq: "İndi mülkiyyətçilər MİS-lərə illlik 20-30 manat verir (onu da hamı vermir) və hər şeyi də onlardan tələb edir. Halbuki bu vəsait zibil daşımağa güclə bəs edir. Yerli hakimiyyət bu binaların idarəçiliyindən imtina etsə xərclər ən azı 15-20 dəfə artacaq və mənzil mülkiyyətçiləri bu xərcləri qarşılaya bilməyəcək. Bu kommunal islahatın aparılmasına mane olan onlarla səbəblərdən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31