İranda olan ziyarətlərə qanunvericilik səviyyəsində nəzarət olmalıdır - Deputat

"Hazırda Azərbaycanda Xüms vergisi adı ilə milyonlarla pullar yığılaraq İrana göndərilir. Bizim qanunvericilikdə belə bir şey yoxdur, bunu təcili olaraq gündəmə gətirib müzakirə etməliyik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputat vurğulayıb ki, İranda olan ziyarətlərə də qanunvericilik səviyyəsində nəzarət olmalıdır: "Qeyd edim ki, ölkədə olan İran şəbəkələri İranda olan ziyarətlərə gedənlər arasından seçilir. Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr bu qədər ölkədə fəallaşa bilməsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31