Bələdiyyə seçkiləri regional səviyyədə keçirilməlidir - Komitə sədri

"Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir". "Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edib. Deputat  bildirib ki, bələdiyyə sədri olmaq istəyənlərin topladığı sənədlər prezidentliyə namizədlərin toplaması lazım olan sənədlərlə eynidir: "Bələdiyyə seçkiləri ümumi ölkə səviyyəsində yox, regional səviyyədə keçirilməlidir. Başqa ölkələrin praktikasında bu təcrübə var".

O, həmçinin bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edib: "Kim kimin dostu və ya tanışıdırsa hansısa qurumun regionlarda kiçik mərkəzini yaradırlar. Hesab edirəm ki, bu məsələyə də baxılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31