Bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub
1 Fevral 2023 12:07 Siyasət"Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə gənclərin qətiyyəti, Vətənə sədaqəti, mübarizliyi, əqidə əsgəri olması mübarizənin təşkilatlanmasında mühüm əhəmiyyətə malik oldu. İmperiya Bakıya qoşun yeridəndə də gənclər buna qarşı çıxanların öncüllərindən oldu. Dövlət müstəqilliyimiz bərpa edildi. Ermənistan Azərbaycandan torpaq iddiasına görə ədalətsiz müharibəyə başlayanda da gənclər döyüşənlərin sırasına könüllü getmişdi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, böyük tarixi şəxsiyyət Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gəncliyinin yoluna günəş doğdu, gənclər siyasəti dövlətin başlıca vəzifələrindən biri oldu:
"Ən böyük azərbaycanlı olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən həmin gün Gənclər Günü elan edildi. Azərbaycanda Gənclər Günü təsis edilməsi Azərbaycan cəmiyyətinin dövlətçilik siyasətini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin göstərişi ilə ölkəmizdə islahatlara start verildi. Ulu öndərin çox düzgün qərarı ölkəmizdə gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı".
Deputat qeyd edib ki, Ulu öndər bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib:
Səbinə Xasayeva oinu da diqqətə çatdırıb ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub:
"Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi,xarici ölkələrdə təhsili,sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.
Ölkə başçısının müdrik tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq cəmiyyətimizin aparıcı qüvvəsi və fəal təbəqəsi olan muasir, bilikli, istedadlı,bacarıqlı və təşəbbüskar gənc kadrlara böyük imkanlar yaradılır. Onlar məsul vəzifələrə irəli çəkilir. Ölkə rəhbəri imzaladığı sərəncamlarla gchr("39")nclchr("39")r nazir, nazir müavini və icra başçısı vəzifələrinə təyin edilirlər.Nəticədə. gənclərin təşəbbüsləri, onların əməyi bu gün ölkəmizin həyatında hər yerdə görünməkdədir. Bir sözlə, gənclərin fəaliyyəti dövlətimizin tərəqqisinə öz layiqli töhfəsini verir. Azərbaycan gəncliyi seçdiyi və sevdiyi Prezidentinin ətrafında sıx birləşib. Bu, İkinci Qarabağ müharibəsində də öz təsdiqini tapdı. Azərbaycan Ordusunun şəxsi heyətinin böyük bir hissəsi gənclərdir. Bu ordu Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazandı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir ki, gənclər cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq, gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşmuşlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti bu gün Azərbaycan gəncləridir. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Gənclər Zəfərdən sonra işğaldan azad edilmş ərazilərdə quruculuq işlərində də dövlətə, dövlətçiliyə sədaqətlə çalışacaqlar. Gənclər Günü təkcə gənclərimizin günü deyil, onların uğurlarına sevinənlərin, onları bu uğurlara hazırlayanların da günüdür. Yəni Gənclər Günü cəmiyyətin günüdür. Hamınızın Gənclər Gününüz uğurlu olsun!".