Səfirliklərimizin mühafizəsində ciddi problem var - ÖZƏL

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı xain hücum bir daha göstərdi ki, səfirliklərimizin mühafizəsində ciddi problem var. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev deyib. Bildirib ki, əgər səfirlik mühafizəçisinin şəxsi cəzarəti olmasaydı daha ciddi nəticələr ola bilərdi: "Son illərdə Azərbaycanın 5 səfirliyinə hücumlar olub. Bu baxımdan müvafiq qurumların nümayəndələri parlamentə dəvət olunaraq dinləmələr aparılmalıdır. Hüsab edirəm ki, bu səfirliklərimizin mühafizəsinin güclənməsinə öz töhvəsini verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31