Dostluq qrupunun gələcək fəaliyyəti İranın davranışlarından asılı olmalıdır

"Azərbaycan Parlamentinin İranla dostluq qrupunun fəaliyyəti müvəqqəti dayandırılmalıdır. Onun gələcək fəaliyyəti İranın davranışlarından asılı olmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Elman Nəsirov deyib. Deputat əlavə edib ki, hazırda Azərbaycan Daxili İşlər Nazirliyi ölkə daxilində İrana bağlı olanlarla bağlı tədbirlər həyata keçirir: "Mən bildiyim qədər onların sayı 40 nəfərə qədərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31