Vardanyan əlinə əsa alıb qapı-qapı gəzir - ÖZƏL

"Qondarma Respublikanın Dövlət Naziri Ruben Vardanyan əlinə əsa alıb yenə də tabeliyində olan erməni yaşayış məntəqələrini qapı-qapı gəzməkdədir. Əgər xatırlayırıqsa Xankəndində məskunlaşdığı müddətdə bu onun ikinci gəzintisidir. İlk gəzintisini o, Azərbaycan ekologiya fəallarının  Şuşa -Laçın yolunda dinc aksiyaya başlamasından bir neçə gün sonra həyata keçirmişdi. Həmin  vaxt Vardanyan erməni kəndlərində yaşayan sakinləri  mitinqə toplamaq üçün dilə tutmaq məqsədi ilə yola çıxmışdı və onları müxtəlif vədlərlə uzun yalvarış və minnətdən  sonra mitinqə çıxmağa razı sala  bilmişdi". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görı,  onun verdiyi vədlər içərisində Azərbaycan ekoloqlarının aksiyasının çox da uzun çəkməyəcəyi , mitinqin təşkil olunmasının dünyada rezonans gətrirəcəyi, tezliklə həyatın əvvəlki qaydaya düşəcəyi barədə ümidlər də var idi: "Amma mitinq oldu, bəzi erməni himayəçisi  beynəlxalq təşkilatlar da bu mitinq və Laçın-Şuşa yolundakı aksiyalar barədə Azərbaycana müxtəlif məzmunlu, bəzən də hədə doıu çağırışlar etdilər. Amma 52-ci gün keçməsinə baxmayaraq aksiya hələ də davam edir və Azərbaycan qarşıya qoyduğu məqsəddən bir addım belə geri çəkilməyib və çəkilməyəcək də. Deməli Vardanyanın verdiyi vədlər boşa çıxdı və əhali ondan  təcili tədbir görmək tələb edir. Əks halda çıxıb getməklə hədələyirlər. Onların çıxıb getməsi isə Vardanyanın bitməsi deməkdir. Sözün əsil mənasında.

Elə buna görə də Vardanyan ikinci dəfə qapı-qapı gəzməyə başlayıb. Amma bu dəfə o əhalini sakitləşdirmək  yeni üsula əl atıb. Dövlət Naziri əhaliyə müraciət edərək bildirir ki, çətin vəziyyət aprel-may aylarına qədər davam edəcək. Bu vaxt yaz gələcək, qarlar əriyəcək, göyərti və tərəvəz bitəcək və onların su, elektrik, yemək problem həll olacaq. Növbəti qışa qədər isə mütləq çıxış  yolu tapacağıq.

Necə deyərlər:

...... yaz gələr yonca bitər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31