İranda aparılacaq istintaq bizdə şübhə yaradır - Deputat
1 Fevral 2023 11:54 Siyasət"Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı xain hücum bizi məyus edir". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov bildirib. "Buna baxmayaraq, İranın məsul şəxsləri məqsədli yayınmalar edirdilər. Yerli polislər videodan da göründüyü kimi, cinayətkarı zərərsizləşdirmək istəmirlər. Necə olar ki, ölkədə cinayətkarı polis yox, xarici ölkənin vətəndaşı zərərsizləşdirir. Bu fonda İranda aparılacaq istintaq bizdə şübhə yaradır. Yerli polis orqanları tez bir şəkildə cinayətə məişət donu geyindirib, mətbuatda çıxış edir. İranın səfirliyimizə qarşı atdığı addım ölkəmizə qarşı hədə dilidir. Amma İran bilməlidir ki, son hadisələr iki ölkə arasında əlaqələrin pozulmasına şərait yaradacaq", - deyə deputat vurğulayıb.