"Yeni yaradılan təşkilat tamamilə türklərdən ibarət olacaq"- ÖZƏL
31 Yanvar 2023 15:07 Siyasət"Vaxtıilə Rusiyanın həyata keçirdiyi "siyasəti" indi də İran həyata keçirir. Vəzifəyə gətirilən türklərin anası və ya arvadı mütləq fars olmalıdır. Onların adı türk, düşüncəsi farsdır.
Yeni yaradılan təşkilat tamamilə türklərdən ibarət olacaq. Şimali Azərbaycanda,dünyanın müxtəlif yerlərində onları dəstəkləyən kifayət qədər soydaşlar var. Molla rejimi qəddar olmasaydı, İranda hazırda türklərin sayı 50 milyondan çox olacaqdı".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
"Mühacirətdə olanların qəlbi Vətən eşqi ilə döyünür. İran yerini bilməlidir. İran dövlətinin cəmi 108 yaşı var. 656-cı ildən 1925-ci ilə qədər İranda hakimiyyəti türklər idarə edib. İran tarixi Əhəmənilər, Sasanilərlə sona çatıb. Daha sonra ərəblərin nökəri olublar. Bundan sonra 1000 ildən çox Azərbaycan türkləri sayəsində ayaqda qalıblar.
Cənubi Azərbaycan İcmasına uğurlar arzu edirəm. Ümid edirəm ki, bu addım 200 ildir bir-birindən ayrı qalan soydaşları bir araya gətirə biləcək".