Bəzi “özümüzdən olanlar” fars-molla rejiminin təbliğat maşınının istehsal etdiyi yalan xəbərləri tirajlayıb ictimai rəyi çaşdırmağa çalışır - ÖZƏL

"Xəbərlər yayılır ki, Azərbaycanda İran casus şəbəkəsinə qarşı əməliyyat aparılır. Olsun. Amma deyim ki, gecikmişik bu məsələdə. Daha öncədən edilməliydi bu. İndi ki, gecikmişik, heç olmasa gec edək, amma edək". "Olaylar" xəbər verir ki, bunu deyın media üzrə ekspert Azər Həsrətin sözlərinə görə, bir də sağda-solda xəbərlərə rast gəlirik ki, bəzi "özümüzdən olanlar" fars-molla rejiminin təbliğat maşınının istehsal etdiyi yalan xəbərləri tirajlayıb ictimai rəyi çaşdırmağa çalışır: "Bax, elə əsl casus şəbəkəsi də bunlardır! Bu şəbəkə səfirliyimizə hücum edən terrorçunu təmizə çıxarmağa, onun əməlinə "şəxsi zəmin" donu geyindirməyə çalışır. Belələrini kim harda görsə, diqqətə alsın lütfən. Çünki onların hamısı məhz elə fars-molla rejiminin casuslarıdır. İllərdir deyirik ki, belə məsələlər olanda diqqətli davranaq, qarşımıza məqsədli şəkildə atılan qondarma xəbərlərə aldanmayaq. Amma bəzi adamlar inadkarcasına bu çağırışları qulaq ardına vurur. Gah ermənilərin, gah da fars-molla rejiminin məqsədli şəkildə bizə sırımaq istədiyi yalan xəbərləri bu şəbəkə həvəslə tirajlayır..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31