"Fars-molla rejimində diplomatiya anlayışı yoxdur"- ÖZƏL

"Cənubi Azərbaycan İcmasının yaradılması çox gözəl ideyadır. Kimin bu işdə əməyi varsa, təşəkkürə layiqdir. Biz uzun müddət bu məsələləri gündəmə gətirmədik ki, İranla münasibətlər gərginləşməsin. Görünən odur ki, İran bunu bizim zəifliyimiz kimi qiymətləndirdi. Fars-molla rejimində diplomatiya anlayışı yoxdur. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa da uyğundur. Çünki, istənilən dövlətin başqa dövətin ərazisində soydaşları varsa, qeyri-hökümət təşkilatları yarada, müdafiə edə bilər. Eyni zamanda İrana diplomatik mesaj verdik ki, heç kimdən qorxmadan soydaşlarımızın yanındayıq". 

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
"Ötən əsrdə İranda olan 3 böyük inqilabı türklər başladıb. 1979-cu ildə insanlar Şah rejimindən o qədər bezmişdi ki, devrilməsini istəyirdilər. İndi də Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı edilən zülm bağışlanmayacaq. İranda yüz mindən bir az çox erməni var. Onların öz dillərində 29 məktəbi var. 
Türklər ölkə əhalisinin yarıdan çoxunu təşkil etsə də, onlara alçaldıcı baxış dəyişmir. Həmin türk xalqları içərisində qaşqaylar, xəzərlər, türkmənlər də var. Farslar isə onlara müxtəlif adlar verib ki, türk adı altında birləşməsinlər. Bütün bunlara baxmayaraq, fars rejimi çirkin üzünü ortaya çıxarmağa davam edir. Türklər arasında beyni yuyulan "manqurtlar" da var. Onlar daha çox türkləri assimilasiya etmək üçün vəzifəyə gətirilir. 
Vaxtıilə Rusiyanın həyata keçirdiyi "siyasəti" indi də İran həyata keçirir. Vəzifəyə gətirilən türklərin anası və ya arvadı mütləq fars olmalıdır. Onların adı türk, düşüncəsi farsdır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31