İran tərəfində diplomatik etiket mədəniyyəti yoxdur - ÖZƏL

"Görünən odur ki, İran yol verdiyi böyük xətadan, Azərbaycan Respublikasının səfirliyinə qarşı həyata keçirdiyi terrordan nəticə çıxarmayıb və peşmançılıq hissi keçirməyib. Əks təqdirdə İran prezidenti İbrahim Rəisi Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edən zamanı baş vermiş terror hadisəsinə görə üzrxahlıq edərdi". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan "OLAYLAR"-a daxil olan açıqlamada qeyd edilib ki, İran prezidentinin bu cür sayğısızlığın rejimin mahiyyətindən, qeyri-insani davranışlarından irəli gəlir: "Adətən bu kimi xoşagəlməz hallar olanda hadisənin baş verdiyi ölkə diplomatik etiket qaydalarına uyğun olaraq qarşı tərəfdən üzr istəyir. Ancaq görünən odur ki, İran tərəfində diplomatik etiket mədəniyyəti belə yoxdur. Əks halda İran prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı zamanı bu həssas məqama toxunardı".

Analitik Qrup hesab edir ki, İran terrorçu bir dövlət oldsuğu üçün əslində ondan hansısa bir diplomatik etiket qaydası gözləməyə də dəyməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31