Dünən dilimizi kəsənlər bu gün dinimizi kəsmək istəyirlər - ÖZƏL
31 Yanvar 2023 10:48 Siyasət"Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarına qarşı törədilmiş terror aktının birbaşa günahkarı fars molla rejimidir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bu terror aktı siyasi xarakter daşıyır: "Bu hadisələr dünyada baş verən geosiyasi xarakterlə bağlı olsa da, 44 günlük müharibədən sonra dünyada Azərbaycanın nüfuzunun artmasının göstəricisidir. Heç bir ölkə istəməz ki, onun səfirliyinə qarşı terror hadisəsi baş versin. Amma Vətən müharibəsi ərəfəsində bizim beş səfirliyimizə qarşı zorakılıq hadisələri baş verib. Dünən dilimizi kəsənlər bu gün dinimizi kəsmək istəyirlər. Bir neçə aylar əvvəl İran molla rejiminin özünə yaraşan erməni daşnakları ilə birləşərək bizə qarşı terror aktının keçirilməsinə start veriblər. İranın heç vaxt Azərbaycanla münasibətləri bu qədər pis olmamışdı. İran açıq- açığına bizə qarşı düşmənçılık mövqeyində dayanır. Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməklə ölkəmizə qarşı təzyiq kampaniyası aparan, işğalçı Ermənistanla özünü qardaş adlandıran İran rəsmiləri anlamalı idilər ki, belə təxribatçı bəyanatların ardınca terror aktları da baş verə bilər. Oda baş verdi. İllərə nəzər salsaq görərik ki, İran rejimi hər zaman soydaşlarımıza qarşı ikili standartlardan istifadə edir, onlara qarşı soyqırım siyasəti həyata keçirir, dilimizi kəsir, dinimizə xələl gətirir. Hətta böyük dövlət siyasəti olaraq Azərbaycan Türklərinin yaşadığı Ürmiya gölünü qurutmaqla ətrafda yaşayan Azərbaycanlı kəndlərini yad ərazilərə köçürülməsini həyata keçirirlər. Nə olur olsun təki Azərbaycanlılar dil, din məktəb mədəniyyət istəməsinlər. İran dövləti dünya qanunlarına tabe olmur,Vyana Konvensiyasını pozur. Qabaqcadan hazırlanmış terror hadisəsi olmasaydı terrorçunun içəri daxil olmasına mane olunardı, əgər terror hadisəsi olmasaydı, terrorçunun başını sığallayıb, bəh- bəhlə telefiziyalarda müsahibələr götürməzdilər. Heç yerdə görünməyən hadisələr İranın çürümüş molla rejiminin əməllərində göründü. Bu əməllərinə və diğər haqsızlıqlara görə İran hakimiyyəti cəzasını alacaq. Təbriz Təbriz olmaz ki, haqqı nahaqqa satsın. Arazın o tayı da bu tayı da bilməlidir ki, erməni, fars bizim xain qonşumuz düşmənimizdir. Biz qalib ölkənin qalib vətəndaşları ölkəmizin gələcəyi uğrunda daha sıx birləşməli, yarımçıq işləri davam etdirməliyik".