İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir - ÖZƏL

"İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması və inkişafı həmişə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib. Sədr bildirib ki,  bu, İƏT-ə üzv dövlətlərin nazirlərinin müxtəlif görüşlərinin və Fələstin üzrə konfransların təşkili, İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Birliyi kimi yeni təsisatların yaradılması təşəbbüsləri ilə təsdiqlənir: "2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi, COVİD-19 pandemiyası zamanı müsəlman ölkələrinə maliyyə və humanitar yardımın göstərilməsi də Azərbaycanın İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş səyləridir. İslamofobiyaya qarşı açıq şəkildə çıxış edən Azərbaycan bir çox ölkələrdə sülh və mərhəmət dini olan İslamın həqiqi mahiyyətini nümayiş etdirən və İslam mədəniyyətini təbliğ edən konfrans və sərgilər təşkil edib. Həmçinin 2008-ci ildə İƏT-ə və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başlayan "Bakı Prosesi" və sonradan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün əsas qlobal platforma kimi tanınıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31