Prezident İlham Əliyev macarıstanlı həmkarını Azərbaycana səfərə dəvət edib
30 Yanvar 2023 18:56 SiyasətMacarıstanda yenidən olmaqdan məmnunam. Dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə bildirib.
Dövlətimizin başçısı Macarıstan prezidentini uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək bildirib ki, biz dialoqu beləcə davam etdirə bilərik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31