“Biz "Elçiyə zaval yoxdur" prinsipindən çıxış edən millət və dövlətik”

"Azərbaycan bütün dövlətlərlə, ilk növbədə də qonşularıyla körpülərin yandırılmasında yox, dostluqda, hətta Ermənistan kimi bizə düşməncəsinə yanaşanla belə əlaqələrin normallaşdırılmasında maraqlıdır. Bu, təkcə bir millət kimi xarakterimizdəki tolerantlıqdan irəli gəlmir. Biz həm də iddiası və imkanları üst-üstə düşən, qarşısında böyük üfüqlər açılan praqmatik bir dövlət olaraq belə siyasət yeridirik. Öz enerji və resurslarımızı düşmənləri zərərsizləşdirməyə yox, bütün gücüylə quruculuq işlərinə, modernləşməyə, nə qədər mümkündürsə bir o qədər tez gəlişmiş ölkələrin sırasında yer almağa yönəltmək istəyirik. Amma təssüf ki, bu, hələlik  real görünmür. Hər baxımdan, o sıradan bizə qarşı düşməncəsinə hərəkətlərində də  Ermənistandan da böyük ermənistanlar var ki, onlardan da biri İrandır". "Olaylar"ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib. Bildirib ki, bu ölkəyə yanaşmamız rəsmi Tehranın bizə yanaşmasına adekvat deyil və ola da bilməz. Çünki İran deyəndə göz önünə təkcə oradakı dinsiz rejimi yox,  həm də milyonlarla soydaşımızı gətiririk: "Biz o reallıqdan çıxış edirik ki, ancaq 1935-ci ildən İran adlanan bu dövləti türklər, soydaşlarımız qurublar. Ona görə də Tehrandakı səfirliyimizə edilən silhalı basqı, baş vermiş terror, qarşı tərəfin onun törədilmə səbəbi ilə bağlı məkrli və riyakar açıqlamalarından sonra belə o ölkə ilə diplomatik əlaqələrə tam son qoymadıq. Səfirliyimizin əməkdaşlarını Tehrandan təxliyyə etsək də, Təbrizdəki konsulluğumuz işləyir. Bu, bilirsiniz, həm də nə deməkdir? O deməkdir ki, biz  oradakı rejimin səfirliyimizin əməkdaşlarını baş verə biləcək növbəti terror aktlarından qoruyacağına, ən əsası da bunda maraqlı olduqlarına əmin deyilik. Amma Təbrizə və təbrizlilərə güvənirik. Bu güvənin arxasında isə sevgi, eyni soydan olmağımız, o şəhərin adı gələndə hamımızın eyni hissləri yaşamamız durur. İranla əlaqələrin perspektivinə gəldikdə, bu, ilk növbədə rejimin indən sonra necə siyasət yeridəcəyindən,  baş vermiş terrorla bağlı hansı addımları atacağından, cənab İham Əliyevin Seyid İbrahim  Rəisi ilə telefon danışığı zamanı səsləndirdiyi tələbin nə dərəcədə dəqiq yerinə yetiriləcəyindən asılıdır. Yəni şəffaf araşıdrma aparılmalı, bu teror aktının arxasında kimlərin durduğu aydınlaşdırılmalı, təkcə ələ keçirilən ünsür yox, digər cinayətkarlar da haqq etdikləri cəzanı almalıdırlar. Mən dünən yas mərasimində  terroçunun qətlə yetirdiyi baş leytenant Orxan Əsgərovun atasına da dedim- Azərbaycan dövləti artıq heç bir şəhidinin qanını yerdə qalmağa qoymur. Orxanın da qanı yerdə qalmayacaq!Və bizim cavabımız simmetrik yox, assiemtirk olacaq. Çünki bəzilərindən-  haylardan və onlara biz bir millətik",- deyənlərdən, o cür də mövqe və davranış sərgiləyələrdən fərqli olaraq terroru rədd edir, terrorçuları lənətləyirik. Biz "Elçiyə zaval yoxdur" prinsipindən çıxış edən millət və dövlətik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31