Azərbaycan üçün ən düzgün siyasət düşünülmüş balans siyasətidir
30 Yanvar 2023 16:12 Siyasət"İsrailin dronlarla İranın bəzi obyektlərini vurması ilə bağlı informasiyalar var. Bəli, İsrail bunu bacarma gücünə qadirdir". "Olaylar" xəbər verir ki, bunu deyən konfliktoloq Elman Vəliyevin sözlərinə görə, ancaq İsrailin öz ərazisindən bunu vurması mümkün deyil: "Suriya, İraq (onlara nisbətən İraq əlverişlidir), Səudiyyə bunu istəməz. Süveyş kanlından keçib Babül Məndəb vasitəsilə Ərəb dənizindən vuracaq qədər axmaq da deyillər, təbii ki! Geriyə qaldı Türkiyə və Azərbaycan. İraqı da istisna etmirəm. Yəni iki ehtimalım var! Əgər belə bir şey olarsa və İran bunu təsdiqləyərsə, Tehran-Bakı qarşıdurması başladı deməkdir. Azərbaycan üçün ən düzgün siyasət düşünülmüş balans siyasətidir. Belə bir qarşıdurma Ermənistanın əl-qolunun açılması deməkdir".