İsrail Təhlükəsizlik Akademiyası:  "Tehranda Azərbaycan Səfirliyinə qarşı törədilən terror hücumu ən ağır cinayətdir"

Terror və qətl etmək bütün səmavi dinlərdəchr("39") yəni hər 3 dində qadağan olunmuşchr("39") günah və cinayət əməlidir. Terrorun dilichr("39") dinichr("39") irqi yoxdur. 
"OLAYLAR" xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin açıqlamasında yer alıb.
Açıqlamada qeyd edilir ki, terror birmənalı olaraq ən ağır cinayət əməli və bağışlanmaz günahdır. Elə İslam dinində də terror və qətl etmək ən ağır günah sayılır. Dilindənchr("39") dinindən və irqindən asılı olmayaraq terror törədənchr("39") günahsız insan qanı axıdanchr("39") qətl edən hər kəs kafirdir lənətlənməlidir. Hüquqi tərəfdən isə bütün beynəlxalq hüquq tendensiyalarına və qəbul edilən beynəlxalq konvensiyalara görə terror törədən şəxs ən ağır və ən təhlükəli cinayətkar hesab edilir. Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş xain terror əməli də ən ağır cinayət əməlidir. Səfirlik binası Diplomatik ərazidir və həmin ölkəyə məxsusdur və həmin əraziyə icazəsiz və zorla daxil olmaq beynəlxalq qanunlarla qəti qadağandır. Bir ölkənin Səfirliyinə cinayət yolu ilə zorla daxil olmaq özü ayrıca ağır cinayətdir. Həmçinin Səfirlik əməkdaşlarına silahlı hücum edərək qətl etmək və bütün əməkdaşları öldürməyə çalışmaqchr("39") bu səbəblə bir neçə şəxsi ölümcül yaralamaq qanlı terrordur və mövcud dünya qanunları ilə ən ağır cinayət əməlidir. Bu hadisə təkcə Səfirlik əməkdaşlarına qarşı törədilmiş cinayət hadisəsi yoxchr("39") eyni zamanda bütövlükdə həmin ölkəyə qarşı törədilmiş əməldir. 
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş qanlı terror aktı qətiyyətlə pislənməli və lənətlənməlidir. Bu qanlı terror əməlinin arxasında mütləq kichr("39") hansısa mənfur və məkrli qüvvələr dayanır. Bu ağır cinayəti törədənlər və bu cinayəti planlayanlar ən ağır şəkildə cəzalanmalıdır.
İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi olaraq bu qanlı terror hadisəsini şiddətlə pisləyirchr("39")
Azərbaycan xalqına və dövlətinəchr("39") terror hadisəsi zamanı həlak olan Səfirlik əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verirchr("39") hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31