Azərbaycanın İrandakı səfirliyinə silahlı basqı Bolqarıstan rəhbərliyi tərəfindən qətiyyətlə pislənildi

 

 

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu Bolqarıstan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pislənilmişdir.

Məsələyə münasibət bildirən Bolqarıstan Respublikasının Prezidenti növbəti fikirləri səsləndirmişdir: "Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə ölümcül hücumu qınayır. Belə hücumlar qəbuledilməzdir və ciddi həyəcan doğurur. Biz Prezident İlham Əliyevin hadisənin müfəssəl araşdırılması barədə çağırışını dəstəkləyir və həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk".

Bolqarıstan Xarici İşlər Nazirliyi isə sosial şəbəkələrdəki paylaşımında səfirliyə qarşı hücumun tamamilə qəbuledilməz olduğunu bildirərək hadisəni kəskin şəkildə qınamış, Azərbaycan tərəfinə başsağlığını ifadə etmiş və yaralılara tezliklə şəfa tapmasını diləyərək İranın müvafiq konvensiyalara uyğun olaraq öz üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğunu xatırlatmışdır.

Bununla yanaşı, baş vermiş terror hücumu, onun təfərrüatları, habelə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı məlumatlar Bolqarıstan Kütləvi Informasiya Vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31