İranın Azərbaycandakı səfirliyi də bağlanacaq?

İrandakı Azərbaycan səfirliyinə qarşı həyata keçirilən məlum terror hücumundan sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalan səfirliyimizin təhlükəsizliyinin daha yüksək səviyyədə təşkilində maraqlı olmayan Tehran bilərəkdən ölkələr arasında diplomatik böhran yaratmağa meyilli görünür. Məhz bunun təsdiqidir ki, Azərbaycan İrandakı səfirliyini müvəqqəti də olsa bağlamaq məcburiyyətində qaldı.

Azərbaycanın İrandakı səfirliyinin təxliyə olunmasından sonra İranın da ölkəmizdəki səfirliyinin bağlanmasının vacibliyi barədə fikirlər səslənməyə başlayıb. Nəzərə alsaq ki, bir müddət əvvəl İranın Azərbaycandakı  səfirliyinə məxsus avtomobildən istifadə etməklə ölkəmizdə sərbəst şəkildə hərəkət edən terrorçular müəyyən edilərək zərərsizləşdirilmişdi, o zaman cənub qonşumuzun səfirliyinin bağlanması zəruri addım sayılardı.

Bu arada etibarlı mənbələrdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, yaxın günlərdə Tehran da anoloji addım ataraq Azərbaycandakı səfirliyinin fəaliyyətinin dayandırılması barədə qərar verəcək. İrandakı Azərbaycan səfirliyinə edilən terror hücumu zamanı bu ölkənin Bakıdakı səfirliyinin əməkdaşlarının tələsik olaraq bir neçə qovluqdan  ibarət sənədləri binadan çıxarması da deyilənləri təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31