Məddahlığa görə mükafatını alanlar var - ÖZƏL
30 Yanvar 2023 14:32 Siyasət"Ömrümün bir hissəsinin yarısı sovet hakimiyyəti illərinə düşdüyündən iki fərqli hakimiyyət quruluşunda yaşadım. O dövrlə bu dövrün müqayisəsində, indiki dövrün yarınmanın, yaltaqlığın, riyakarlığın, ikiüzlülüyün get-gedə daha da artdığının şahidiyəm". "Olaylar"ın məlumatına görə, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bu nə kasıblıqla, nə aclıqla, nə də dövrə, zamana görə ortaya çıxan bir əlamət deyil. Bu, mənəviyyat məsələsidir: "Bu gün kənardan başqalarının gözündə çox rəzil görünən yaltaqlar əsla bundan narahat olmur, əksinə özlərini haqlı sayır, bununla dolanışıq yollarını tapdıqlarını hesab edirlər. Bütün yaltaqlar, adətən yalançı olurlar. Çox zaman yaltaqlıq qorxudan törəyir. Elə adamlar yaxşı günündə sənə yaltaqlansa da, pis günündə mütləq sənə arxa çevirəcək. Çünki yaltaqlanası yeniləri peyda olacaq. Üzə tərif söyləmək də yaltaqlıq əlamətidir. Məddahlığa görə mükafatını alanlar və düz danışdığına görə işlərini itirənlər, gözdən düşənlər var. Bu günün tələbi budu, əgər pis olmaq istəmirsənsə, doğru bildiyini içində saxla, ürəyini deşsə də danışma".