SEPAH terror təşkilatı elan edilməlidir - ÖZƏL

"Bu cür qərarlar İrana qarşı mümkün hərbi əməliyyat üçün müəyyən legitimlik yaradır. Düzdür, Azərbaycanın indiki məqamda nə İranla hərbi gərginliyə girmək, nə də Tehrana qarşı formalaşacaq ehtimal hərbi koalisiyaya qoşulmaq kimi bir niyyəti yoxdur". "Olaylar" xəbər verir ki, bunu deyən poltoloq Turan Rzayevin sözlərinə görə, bu addım Bakıya Orxan Məmmədov, Tohid İbrahimbəyli və s. SEPAH-a bağlı "Huseynuyu" üzvlərini axtarışa vermək, onları terrorçu kimi həbs etmək və ya antiterror əməliyyatları ilə sıradan çıxarmaq üçün legitimlik qazandıracaq: "SEPAH-ın və "Huseynuyun"un terror təşkilatı elan edilməsi İranın ölkəmizdəki agentlərini, trollarıni zərərsizləşdirməyə imkanı yaradacaq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, SEPAH birbaşa ali rəhbərə bağlı olan, İran sisteminin təməl hərbi-siyasi strukturudur. Ona vurulacaq istənilən zərbə eyni zamanda İran ali dini rəhbərinə vurulmuş zərbə sayılacaq. Bu zərbə İran və Azərbaycan cəmiyyətlərinə bu şəxsin ilahiləşdirilən obrazının dağıdılması demək olar. Nəhayət, SEPAH-ın terror təşkilatı elan edilməsi Bakının beynəlxalq nüfuzuna müsbət mənada ciddi təsir edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31