Maskaları cırılan cənub qonşumuz riskli oyunlar oynayır

"Azərbaycan tərəfdaşları əməkdaşılığı genişləndirir. Tezliklə Azərbaycanın İsraildəki səfirliyi öz işinə başlayacaq. Bu yeni əməkdaşlıq platformasıdır. Qazanan region olacaq. İtirən isə terroru maliyyələşdirənlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, regionda yeni düzən formalaşır: "Yeni terror riski və İrana etimadın olmaması səbəbindən Azərbaycan Tehrandakı səfirliyini bağlamaq məcburiyyətində qaldı. İrəvan ilə qardaşlaşan Tehran müsəlman Azərbaycan dövlətinin İrandakı səfirliyinin təhlükəsizliyi təmin etmədi və etmir. Maskaları cırılan cənub qonşumuz riskli oyunlar oynayır. Risk etmək isə heç də hər zaman sonda şampan içmək anlamına gəlməməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31