İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31