"İran tarixi bu cür skandallarla doludur" - ÖZƏL

"Bu hadisənin adı birmənalıdır.  Bu terror hadisəsidir və İran xüsusi orqanları tərəfindən Azərbaycana göz dağı vermək üçün planlaşdırılan terror hərəkatıdır. İran dövlət Cenevrə konvensiyası üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, ərazisində olan diplomatik korpusun və nümayəndəliyin təhlükəsizliyini təmin etməyib. Bu da təsadüfi deyil".  

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

"Ümumiyyətlə İran tarixi bu cür skandallarla doludur. Həm 19-cu əsrdə Rusiya səfirliyinə hücumlar edilib, 44 il əvvəl Amerika səfirliyi işçiləri 1 ildən artıq müddətdə girov saxlanılıb. İran beynəlxalq qanunları və konvensiyaları heçə sayan ölkədir və Azərbaycanı da düşmən münasibətinin davamı kimi qiymətləndirirəm. İran bu məsələlərlə bağlı Azərbaycan cəmiyyətinə qaneedici açıqlama verməlidir və hadisənin üstünə gedilməlidir və bu məsələ ciddi şəkildə araşdırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31