"İran polisi ikiüzlü davranır" - ÖZƏL

"İrandakı səfirliyimizə edilən hücum İran dövləti tərəfindən hazırlanıb. Təhlükəsizlik kameralarından da görünür ki, bayırdakı polis heç bir addım atmır. Terrorçu içəri daxil olan kimi öldürmək üçün atəş açır. Ortada hədə-qorxu yoxdur. İran polisi ikiüzlü davranır".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"Güya, ortada ailə problemi var. Çox yüksək səviyyədə hazırlanan təxribatdır. Molla rejimi Azərbaycanı bu yol ilə qorxutmaq istəyir. İran üzr istəmək yerinə  terrorçuya görə müxtəlif açıqlamalar verdi. Ailə problemi varsa, Azərbaycan səfirliyinə nə üçün hücum edir?

İran yenə də gördüyü işi üz-gözünə bulaşdırdı. Əksinə bilmir ki, biz türklər belə şeylərdən qorxmuruq. 

Biz tək deyilik. Türkiyənin mövqeyi bəllidir. Rusiya kəskin mövqe bildirib. İsrail bizimlədir. İran bizim vətəndaşımızı şəhid etməklə, heç nə əldə etməyəcək. Aylardır İran bizim qırmızı xəttimizi  keçir. Hələki mediamız İranın üzərinə  gedir. Bir mediamızla  bacara bilmirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31