Ölkə sərhədlərimizin təhlükəsizliyi üçün əlavə təhdidlər yaranacaq - ÖZƏL
30 Yanvar 2023 11:05 Siyasətİranın ötən günlərdə İsrail tərəfindən hava zərbələrinə məruz qalması belə bir fikir formalaşdırıb ki, yaxın vaxtlarda bu ölkəyə qarşı qurudan da hərbi əməliyyatlar başlaya bilər. Bəs görəsən bu baş verəcəyi təqdirdə regionu, xüsusilə Azərbaycanı hansı təhlükələr gözləyə bilər?
Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə Pərviz Mirizadə "OLAYLAR"-a deyib ki, indiki halda hava zərbələri ilə yekunlaşan bu proses, irəliləyən zamanda quru əməliyyatları şəklində davan edəcəyi təqdirdə region üçün çox ağır nəticələrə səbəb olacaqdır:
"Mümkün müharibə risqi bütün region dövlətlərini narahat etdiyi kimi, bizi də narahat edir. Baxmayaraq ki, ölkəmizin İran dövləti ilə münasibətləri normal deyil, lakin İran daxilində yaşayan milyonlarla soydaşımız var və onların təhlükəsizliyi ölkəmizi narahat etməyə bilməz. Digər bir tərəfdən isə mümkün müharibə ssenarisi regionda xaosun və terror ünsürlərinin artmasına gətirib çıxaracaq. Bu amil isə ölkə sərhədlərimizin təhlükəsizliyi üçün əlavə təhdidlər yaradacaqdır".