Səlcuq Bayraktar Azərbaycana başsağlığı verib

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə S.Bayraktar öz "Twitter" səhifəsində yazıb.

"Qardaş ölkəmiz Azərbaycanın Tehrandaki səfirliyinə qarsi törədilmis xain hücumu şiddətlə qinayir, şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Xalqımıza başsağlığı verirəm", - deyə paylaşımda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31