Böyük Britaniyanın Tehrandakı səfiri Azərbaycanın İrandakı səfirliyinə başsağlığı verib

Böyük Britaniya səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff öz "Twitter" hesabında məlumat verib.

Səfir mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31