"Silahlı hücumu kəskin şəkildə pisləyirik" - Səudiyyə Ərəbistanı Krallığı
27 Yanvar 2023 19:47 SiyasətSəudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik vurğulayır ki, Krallıq Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu bildirir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa çağırır və günahkarların cəzalandırılmasını tələb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31