Terror aksiyasına görə, İran məsuliyyət daşıyır
27 Yanvar 2023 19:02 SiyasətMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktı ilə bağlı məlumat hamımızı sarsıdıb.
Olaylar xəbər verir ki, Komitə sədri terror aktını kəskin surətdə pisləyib və bildirib ki, beynəlxalq hüquqa uyğun olaraq Tehrandakı səfirliyimizin təhlükəsizliyini İran qorumalıdır. Lakin, o, bunu etməyib. Ona görə də bu terror aktına görə, İran məsuliyyət daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31