Misir Prezidenti Azərbaycana gəlib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31