"Terror qorxaqların və xainlərin əməlidir"
27 Yanvar 2023 14:44 Siyasətİranın Tehran şəhərində səhər saatlarında səfirliyimizə edilmiş xain hücumu həm millət vəkili, həm də vətəndaş olaraq pisləyirəm. Səfirliyimizin və diplomatik korpusun əməkdaşlarının mühafizəsini təşkil edərkən qəhrəmancasına həlak olmuş baş leytenant Əsgərov Orxan Rizvan oğluna uca Tanrıdan rəhmət diləyirəm. Allah ailəsinə və yaxınlarına səbr versin!
Terror qorxaqların və xainlərin əməlidir. Azərbaycan xalqını və dövlətini terrorla qorxutmaq mümkün deyil və sadəlöhvlərin işidir. Bizi heç kim yolumizdan döndərə bilməz!
Elnur Allahverdiyev,
Milli Məclisin deputatı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31