Bu terror aksiyasıdır və məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür
27 Yanvar 2023 14:41 Siyasətİranın Tehran şəhərində Azərbaycan səfirliyinə xaincəsinə təşkil edilmiş hücumu şiddətlə qınayıram. Bu terror aksiyasıdır və məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür.
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili daha sonra qeyd edib:
"Həlak olmuş soydaşımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. İran hadisənin obyektiv, şəffaf araşdırılmasını təmin etməli və Azərbaycanın hüquq mühafizə orqanlarının istintaqda iştirakına şərait yaratmalıdır. Əks halda, hüquqi müstəvidə beynəlxalq birlik tərəfindən bu ölkənin rəsmən terroru dəstəkləyən dövlət olaraq tanınması istiqamətində ciddi iş aparmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31