Mehriban Əliyeva terrorla bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə başsağlığı verib.

Birinci vitse-prezidentin instaqram hesabında yazdığı paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31