İsrail XİN: “Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik"

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail XİN-nin sözçüsü Lior Haiat "Twitter"də paylaşım edib.

"Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31