Tehrandakı səfirliyimiz təxliyyə olunur
27 Yanvar 2023 12:58 SiyasətAzərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyyə edilir.
Olaylar.az bildirir ki, səfirliyimizin əməkdaşları Azərbaycana göndəriləcək.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31