Tehran İranda Azərbaycana qarşı aparılan kampaniyaya qarşı tədbir görməlidir - XİN

İran tərəfi səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi.

Olaylar.az    xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "TRT Haber"ə açıqlamasında bildirib.

"Biz bu hücumu pisləyirik və İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. İran tərəfi səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi.

İran tərəfi İranda Azərbaycana qarşı aparılan kampaniyaya qarşı tədbir görməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31