"Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir"

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviterdə yazıb.

"Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - deyə o bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31