Məqsəd İranla Azərbaycanı qarşı-qarşıya gətirməkdir - ÖZƏL

"İranda Azərbaycan səfirliyinə qarşı silahlı hücum hadisəsini törədənin və tutulanın erməni olduğu deyilir. Ermənilərin bu işdə tarixi təcrübələrinin olduğunu nəzərə alsaq, ipin ucu çox istiqamətlərə gedə bilər". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, İrandaxili qruplaşmaların əlinin olmasından tutmuş, Qərbin, əsasən Fransanın kəşfiyyat xidmət orqanlarının, eləcə də ermənilərin özlərinin birbaşa əlinin olmasına kimi müxtəlif versiyalar var: "Məqsəd hesab edirəm ki, Azərbaycan və İranı qarşı-qarşıya gətirməkdir. Regionun stabilliyini pozmaqdır. Bunda maraqlı bir çox qüvvələr var. İstər regionda, İstər də  regiondan kənarda". 

Politoloq deyib ki, İran dövlətinin Azərbaycan dövlətindən üzür istəyib, hadisənin araşdıracağına dair bəyanat verəcəyi qənaətindədir: "Yox, əgər bu baş verməsə, İran hakimiyyətinin bu işdə əlinin olduğu aydın olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31