"İstənilən halda hadisə ölkələrarası münasibəti zədələyəcək" - ÖZƏL
27 Yanvar 2023 12:32 Siyasət"Azərbaycan səfirliyinə edilən hücum birmənalı olaraq terror hadisəsi kimi qəbul ediləcək hadisədir. Baxmayaraq ki, İran tərəfindən verilən rəsmi açıqlamalarda, ilkin məlumatlarda hadisənin güya şəxsi münasibətlər fonunda baş verdiyi bildirilir".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Ancaq, istənilən halda hadisə ölkələrarası münasibəti zədələyəcək, ciddi siyasi krizlərə səbəb olacaq hadisədir. Hadisənin Azərbaycanı təxribata çəkmək üçün planlaşdırıdığı haqqında fikirlər səsləndirilir. Bu ehtimallarında indiki vəziyyətdə doğruluğu sual altındadır. İstənilən halda məsuliyyəti İran daşıyır. Faktiki olaraq İran hakimiyyəti dövlət funksiyalarını yerinə yetirə bilmir. Bütün diqqət bu hadisə üzərinə cəmlənməlidir. İran əgər dövlət funksiyasını yerinə yetirə bilmirsə, Azərbaycan və digər dövlətlər İranla niyə ikili və ya beynəlxalq münasibətləri qursun? İran diplomatik korpusu müdafiə etmək üçün öz öhdəliklərini yerinə yetirə bilmədi".