İran dövləti artıq Azərbaycanı açıq şəkildə təhdid etmiş olur - ÖZƏL

"Bu hadisə İran tərəfindən ölkəmizə qarşı açıq aşkar təxribatdır və vəziyyəti gərginləşdirməyə xidmət edir". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki,  bununla İran dövləti artıq Azərbaycanı açıq şəkildə təhdid etmiş olur: "Xüsusən İranla Ermənistan arasında bugünkü yaxınlaşma və istiləşmə fonunda bu təxribatda maraqlı olan qüvvələri təxmin etmək olar. Bu qüvvələr belə təxribatlarla məqsədli şəkildə İranla Azərbaycanı hərbi qarşıdurmaya sürükləmək istəyirlər" .

Vüqar Əhmədov deyib ki,  bu hadisə İran xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror hadisəsidir və son dövrlər xarici ölkələrdə Azərbaycan diplomatik nümayəndəliklərinə bu cür hücumların artmasının şahidi oluruq ki, bunun da əsas səbəbi İranın ölkəmizə qarşı münasibətinin təzahürüdür: "Biz Azərbaycanın təhlükəsizlik orqanının bir nəfər əməkdaşının həyatını itirməsi və bir səfirlik əməkdaşının yaralanması ilə nəticələnən bu cür hücumları qətiyyətlə pisləyirik. Sözsüz ki, bu cür hadisələr ölkəmizin milli təhlükəsizlik maraqlarına birbaşa təhdiddir və İran hökumətinin birinci vəzifəsi öz ölkəsində yerləşən diplomatik nümayəndəliklərin mühafizəsini və təhlükəsizliyini təmin etməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31