Milli Vəhdət Partiyası: “İran səfirliyimizə qarşı edilən hücuma aydınlıq gətirməlidir” - ÖZƏL
27 Yanvar 2023 12:14 SiyasətMilli Vəhdət Partiyası Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən silahlı hücumu pisləyən bəyanat yayıb. Partiyadan "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, diplomatik nümayəndəliyimizə qarşı həyata keçirilən xain terror hücumu şiddətlə qınanılır və Tehrandan silahlı hücumla bağlı məsələyə aydınlıq gətirməsi tələb olunur.
Partiya hesab edir ki, İran Azərbaycan səfirliyinə hücum təşkil edən şəxsin bağlı olduğu qrupun tezliklə müəyyən edilib zərərsizləşdirilməsi, onların məsuliyyətə cəlb olunması, eləcə də bu ölkədəki səfirliyimizin daha ciddi şəkildə mühafizə edilməsi üçün təcili tədbirlər həyata keçirməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31