Bu terror aktında İran dövləti günahkardır - ÖZƏL

"Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum edildiyi xəbərləri yayıldı. Əslində uzun zaman idi ki, belə bir təhlükə gözlənilirdi və belə bir təhdid açıq şəkildə sosial mediada yayılırdı".

Bu fikirləri "OLAYLAR"-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, bu, bir təxribatdır. Azərbaycan və İran dövlətlərini qarşı -qarşıya qoymaq üçün təşkil edilmiş bir oyundur: "Belə hadisələrdə tələsik konkret fikir bildirmək yerinə düşməz. Təbii ki, ilk növbədə bu terror aktında İran dövləti günahkardır. Ən azı bunun qarşısını ala, səfirliyi yaxşı qoruya bilmədiyi üçün. İndi kim nə desə də, bunlar konspirativ  nəzəriyyə kateqoriyasına girəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31