Zaxarovadan səfirliyimizə hücuma reaksiya - Şokdayam
27 Yanvar 2023 11:25 SiyasətAzərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova teleqram kanalında yazıb.
"Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!
Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik", o yazıb.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın olub.
Təcavüzkar mühafizə postunda Kalaşnikov avtomatından atəş açıb, təhlükəsizlik xidmətinin rəisi həlak olub. Səfirliyin iki mühafizəçisi də yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31