Səfirliyimizə hücum kimə sərfəlidir? - ÖZƏL

Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki  nəfər isə yaralanıb. Artıq səfirliyə hücun edən şəxs saxlanılıb. Maraqlıdır, səfirliyə hücum hansı dairələrin marağında ola bilər? "Olaylar" xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyinə hücum və mühafizəçinin qətli heç şübhəsiz ki, təxribatdır. Təxribatın Tehran və İrəvanın "qardaşlaşması"ndan sonra baş verməsi onun düşünülmüş şəkildə törədildiyini deməyə əsas verir. Bu baxımdan Azərbaycan tərəfi atacağı diplomatik  addımlar zamanı soyuqqanlı olmalıdır. Bu təxribat əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanları və bütövlükdə ictimaiyyət sayıqlığı artırsın. Məlumdur ki,  Azərbaycanla İran arasında ziddiyyətlərin kəskinləşməsi və toqquşma həddinə çatması Ermənistanın marağındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31