Ermənilər Laçın dəhlizindən sui-istifadə edərək minaları Laçın şəhərində basdırıblar - ÖZƏL
27 Yanvar 2023 10:54 SiyasətMillət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun sessiyasında Laçın dəhlizi ilə bağlı müzakirələr zamanı çıxış edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "AŞPA-da Laçın dəhlizi ilə bağlı müzakirələr zamanı çıxışı edərək aşağıdakı məqamları diqqətə çatdırdım: Əgər hər hansı bir blokada varsa, bu, şübhəsiz ki, diqqəti Ukraynadakı müharibədən yayındırmaq istəyən güclərin yaratdığı süni informasiya blokadasıdır. Əgər hər hansı bir böhran varsa, bu, şübhəsiz ki, "Ruben Vardanyan planı" ilə başladılan siyasi böhrandır. Əgər hər hansı bir humanitar narahatlıq varsa, bu, şübhəsiz ki, Ermənistanın yerləşdirdiyi minaların 282 qurbanı ilə bağlıdır. Ermənilər 2021-ci ildə istehsal etdiyi minaları Laçın dəhlizindən sui-istifadə edərək Laçın şəhərində basdırıblar".